Bakı. Trend:
Yəməndə “Ənsar-Allah” hərəkatına aid husi döyüşçülər İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanına səs sürətini üstələyən ballistik raketlə zərbə endirib.
Trend xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı hərəkatın sözçüsü Yəhya Sariaya istinadən məlumat yayıb.
Husilərin sözçüsü zərbənin öncədən təyin olunmuş hədəfə tuş gəldiyini əmin edir.
“Raket qüvvələri unikal hərbi əməliyyat keçirərək, Lod aeroportuna (Ben-Qurion nəzərdə tutulur- red.) “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum ediblər”, -deyə Saria telekanalın efirində bildirib.
Bu arada, İsrail Müdafiə Qüvvələri (İDF) Yəməndən atılmış ballistik raketin hava hücumlarından müdafiə sistemi tərəfindən səmada zərərsizləşdirildiyini açıqlayıb. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.