...

Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Materials 22 İyul 2025 16:33 (UTC +04:00)
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib.

Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.

Qeyd edilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toxuculuq avadanlıqlarında səs-küy emissiya səviyyəsinin müəyyən edilməsi məqsədilə AZS ISO 9902-1:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 1: Ümumi tələblər”, AZS ISO 9902-2:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”, AZS ISO 9902-3:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi - Hissə 3: Toxunmamış məmulatların istehsalı avadanlıqları” AZS ISO 9902-4:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi— Hissə 4: İpliyin emalı, kəndir və kanat istehsalı avadanlıqları”, AZS ISO 9902-5:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 5: Toxuculuq və trikotaj məmulatlarının ilkin emalı avadanlıqları”, AZS ISO 9902-6:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 6: Parça istehsalı avadanlıqları”, AZS ISO 9902-7:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 7: Boyama və işləmə avadanlıqları” yeni dövlət standartları qəbul edilib.

Yeni dövlət standartlarının tətbiqində məqsəd toxuculuq məmulatlarının istehsalı zamanı avadanlıqların səs-küy emissiyası göstəricilərinin müəyyən edilməsinin təmin olunmasıdır. Bu isə ölkədə toxuculuq sahəsində avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının qarşısını almağa imkan yaradacaq.

Standartlar “Tekstil sahəsi” Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 45) tərəfindən konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən standartlar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartları kimi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti