...

"Səbail" yeni futbolçu transfer edib

İdman Materials 22 İyul 2025 17:41 (UTC +04:00)
"Səbail" yeni futbolçu transfer edib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Səbail” futbol klubu yeni futbolçu transferi həyata keçirib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi “Kəpəz”dən ayrılan Nicat Süleymanovu heyətinə qatıb. 26 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Səbail" bu gün kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb.

Xatırladaq ki, paytaxt klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti