Bakı. Trend:
Şimali Makedoniyanın bir neçə bölgəsində meşə yanğınları baş verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ötən sutka ərzində müxtəlif yerlərdə 38 yanğın qeydə alınıb.
Məlumata görə, onlardan 27-si söndürülüb, 5-i nəzarət altına alınıb, 6-sı isə hələ aktivdir. Ümumilikdə 32 hektardan çox ərazinin yandığı bildirilir.
Ölkə ərazisində havanın temperaturu 35-42 dərəcə arasında dəyişir. Anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.