Bakı. Trend:
“Karvan” klubu futbolçusu Əli Abdullayevin müqaviləsinin müddətini uzadıb.
Trend xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Ə.Abdullayev ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib.
Qeyd edək ki, region klubu daha əvvəl Kamran İbrahimov, İbrahim Qədirzadə, Ceyhun Bağırzadə, Rəhman Şabanovun da müqaviləsinin müddətini uzadıb.