...

“Fiorentina”nın baş məşqçisi istefaya bir addımlıqdadır

İdman Materials 31 Oktyabr 2025 05:48 (UTC +04:00)
“Fiorentina”nın baş məşqçisi istefaya bir addımlıqdadır

Bakı. Trend:

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli istefaya bir addımlıqdadır.

Trend xəbər verir ki, əgər o, komandanı qarşıdakı iki Serie A turunda böhrandan çıxara bilməsə, 22 noyabrda “Yuventus”a qarşı keçiriləcək oyuna “bənövşələr”i başqa bir mütəxəssis hazırlayacaq.

19-cu pillədə qərarlaşan “Fiorentina” növbəti iki turda evdə 6 xala malik “Lecce” ilə, səfərdə isə cədvəlin sonuncusu olan, 3 xal toplayan “Genoa” ilə qarşılaşacaq.

Qeyd edək ki, Piolinin məşqçi heyətində rusiyalı Aleksandr Nizelik də çalışır. O, Rusiyada Sergey Semakın rəhbərliyi altında “Ufa” və “Zenit”də işləməsi ilə tanınır. Baş məşqçi istefaya göndərildiyi halda belə, Nizelik “Fiorentina”da fəaliyyətini davam etdirə bilər.

Xəbər lenti

Xəbər lenti