...

"Bavariya" 19 yaşlı niderlandlı futbolçu ilə danışıqlara başladı

İdman Materials 31 Oktyabr 2025 01:46 (UTC +04:00)
"Bavariya" 19 yaşlı niderlandlı futbolçu ilə danışıqlara başladı

Bakı. Trend:

“Bavariya” “Feyenoord”un futbolçusu Civayro Ridi komandasında görmək istəyir.

Trend xəbər verir ki, Münhen klubu Niderland U-21 yığmasının müdafiəçisini transfer etmək üçün danışıqlara başlayıb. Rid “Bavariya”nın cinah müdafiəçisi mövqeyi üçün əsas namizədlərindən biri sayılır.

Rid uğrunda mübarizədə “Bavariya”ya bir neçə Premyer Liqa klubu ciddi rəqabət yaradır. 19 yaşlı futbolçunun “Feyenoord”la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2025/26 mövsümündə Civayro Rid Ərədivizidə keçirdiyi 9 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti