Bakı. Trend:
"Liverpul" Rayan Qravenberxi uzun müddət komandada saxlamaq istəyir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, son İngiltərə çempionu niderlandlı futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Məlumata görə, klub yaxın günlərdə Qravenberxlə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Liverpul" Rayan Qravenberxi 2023-cü ilin yayında "Bavariya"dan 40 milyon avroya transfer edib.