...

Messi MLS-də ən çox maaş alan futbolçu olaraq qalır

İdman Materials 30 Oktyabr 2025 06:16 (UTC +04:00)
Messi MLS-də ən çox maaş alan futbolçu olaraq qalır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

MLS Futbol Oyunçuları Assosiasiyası liqa futbolçularının oktyabr ayına olan maaş reytinqini açıqlayıb.

Trend xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi ildə 20,4 milyon dollar qazanaraq siyahıya başçılıq edir.

İkinci pillədə “Los-Anceles” klubunun forvardı Son Hın Min (11,2 milyon dollar), üçüncü yerdə isə “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets (8,8 milyon dollar) qərarlaşıb.

İlk beşliyə həmçinin Migel Almiron (“Atlanta Yunayted”, 6,1 milyon dollar) və İrvinq Losano (“San Dieqo”, 6 milyon dollar) daxildir.

MLS-də futbolçulara ən çox maaş ödəyən klub “İnter Mayami”dir – 48,97 milyon dollar. “Los-Anceles” 30,1 milyon dollarla ikinci, “Atlanta” isə 28,48 milyon dollarla üçüncü sırada yer alıb. Ən az vəsait ayıran komanda isə “Monreal İmpakt” olub – 12,92 milyon dollar.

Xəbər lenti

Xəbər lenti