Bakı. Trend:
Böyük Britaniya hökuməti Karib hövzəsində dağıntılara səbəb olan “Melissa” qasırğasından sonra bölgəyə təcili humanitar yardım ayırıb.
Trend xəbər verir ki, hökumət Yamaykaya dəstək məqsədilə 2,5 milyon funt-sterlinq dəyərində maliyyə paketi ayırıb.
Bu vəsait sığınacaq dəstləri, su filtrləri, yorğanlar kimi təcili yardım ləvazimatlarının çatdırılmasına, eləcə də xəstəliklərin və yaralanmaların qarşısının alınmasına yönəldiləcək.
Britaniyanın humanitar və texniki ekspertləri bölgəyə ezam olunub və yardımların koordinasiyası ilə məşğul olacaqlar. Bundan əlavə, qasırğadan zərər çəkmiş ərazilərə operativ yardım çatdırmaq məqsədilə Britaniya artıq Antiquada ehtiyat yardım ləvazimatları yerləşdirib.
