Bakı. Trend:
İslandiyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Reykyavikdən 238 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentri 118 min nəfərin yaşadığı bölgədə yerləşib. Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.
