...

Hollandiyada parlament seçkilərində seçici fəallığı 76,3% olub

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 04:55 (UTC +04:00)
Hollandiyada parlament seçkilərində seçici fəallığı 76,3% olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hollandiyada keçirilən parlament seçkilərində son seçici fəallığı 76,3% təşkil edib.

Trend xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Məlumata görə, bu göstərici 2023-cü ildəki seçkilərlə müqayisədə bir qədər aşağıdır — o zaman seçici fəallığı 77,75% olmuşdu.

Oktyabrın 29-da Niderlandda Baş Ştatların yeni İkinci Palatasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilər keçirilib.

Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün davam edib: 9000-dən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:30-da açılıb və axşam 21:00-da bağlanıb.

Bundan əlavə, xaricdə səs vermək üçün qeydiyyatdan keçmiş təxminən 135 min vətəndaş olub ki, bu da 2023-cü ildəki parlament seçkiləri ilə müqayisədə dörddə bir çoxdur.

Xəbər lenti

Xəbər lenti