...

Cənubi Koreya ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb - Tramp

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 03:54 (UTC +04:00)
Cənubi Koreya ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın gömrük rüsumlarının azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib.

“Cənubi Koreya ABŞ tərəfindən tətbiq edilən tarifləri azaltmaq üçün 350 milyard dollar ödəməyə razılaşıb. Onlar həmçinin neft və qazımızı böyük həcmdə almağa razılıq veriblər. Bundan əlavə, Cənubi Koreyanın varlı şirkətləri və sahibkarları tərəfindən ABŞ-yə yatırılacaq investisiyanın həcmi 600 milyard dolları ötəcək”, - deyə Tramp bildirib.

Tramp əlavə edib ki, “ABŞ və Cənubi Koreya arasında hərbi ittifaq əvvəlkindən daha güclüdür. Buna görə də mən onlara köhnə, dizel mühərrikli sualtı qayıqları əvəz edəcək nüvə sualtı qayığı inşa etməyə icazə verdim”.

Xəbər lenti

Xəbər lenti