...

Rusiya və Türkiyə arasında bərə xidməti bərpa olunur

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

14 illik fasilədən sonra Soçi və Trabzon şəhərləri arasında sərnişin-yük bərə xidməti yenidən fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, noyabrın 5-dən etibarən fəaliyyətə başlayacaq "Seabridge" bərəsi 450 sərnişin və 200-dən çox avtomobil daşıya biləcək. Bərə həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı – işləyəcək və səyahət təxminən 12 saat davam edəcək.

Qeyd edək ki, ilk səfər əvvəlcə oktyabrın 29-na planlaşdırılsa da, 5-6 bal gücündə fırtına səbəbindən noyabrın 5-nə təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti