...

“Liverpul” son 1 ayda ən çox uduzan komandalardandır

İdman Materials 30 Oktyabr 2025 09:04 (UTC +04:00)

Bakı. Trend:

“Liverpul” İngiltərə Liqa Kubokunun dördüncü raundunda evdə “Kristal Pelas”a 0:3 hesabı ilə uduzub. Beləliklə, mersisaydlılar son 7 oyunun 6-da məğlub olublar.

Trend xarici KİV-ə istinadən xəbər ki, sentyabrın 27-dən bəri “Liverpul” Avropanın ən güclü beş liqası arasında bütün yarışlarda ən çox oyun uduzan komanda olub.

Bu müddətdə “qırmızılar” ardıcıl dörd Premyer Liqa matçında (“Kristal Pelas” – 1:2, “Çelsi” – 1:2, “Mançester Yunayted” – 1:2, “Brentford” – 2:3) məğlub olub, Liqa Kubokundan kənarlaşdırılıb və Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a (0:1) uduzub.

Komandanın bu dövrdə yeganə qələbəsi Çempionlar Liqasının 3-cü turunda “Ayntraxt” üzərində 5:1 hesablı qələbə olub.

Xəbər lenti

Xəbər lenti