Bakı. Trend:
Ermənistan vətəndaşları qarşıdakı parlament seçkilərində sülh gündəmini dəstəkləməlidirlər. Belə ki, Cənubi Qafqazda uzun illər ərzində ilk dəfə olaraq sülh üçün şans yaranıb.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.
“Ermənistan vətəndaşlarının sülh gündəmini və sülh prosesini dəstəkləyəcəyinə heç bir şübhəm yoxdur”, - deyə Ermənistanın hökumət başçısı söyləyib.
