...

Rəsmi Kreml ABŞ-nin nüvə sınaqları ilə bağlı bəyanatına münasibət bildirib

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 14:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Kremel ABŞ-nin nüvə sınaqları keçirməyi planlaşdırdığı barədə bəyanatına münasibət bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya pezidentinin mətbuat katibi Dmitriy Peskov keçirdiyi brifinqdə nüvə sınaqlarının keçirilməsinə qoyulmuş moratoriumu xatırladıb.

Onun sözlərinə görə, həm Moskva, həm də Vaşinqton 1990-cı illərdə nüvə sınaqlarının keçirilməsinə moratorium tətbiq etmişdi. Bundan əlavə, hər iki ölkə Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi haqqında Müqaviləni (CTBT) imzalayıb, lakin indiyədək onu ratifikasiya etməyib.

Peskov qeyd edib ki, ABŞ suveren dövlətdir və suveren qərarlar qəbul etmək hüququna malikdir, lakin Putin dəfələrlə bildirib ki, əgər kimsə moratoriumdan kənara çıxarsa, Rusiya vəziyyətə uyğun şəkildə hərəkət edəcək.

Trampın digər ölkələrin sınaqlar keçirməsi ilə bağlı sözlərinə münasibət bildirən Peskov deyib ki, söhbətin nədən getdiyini bilmir. Əgər ABŞ prezidenti Rusiya tərəfindən həyata keçirilən “Burevestnik” qanadlı raketinin sınağını nəzərdə tutubsa, o, bu sınağın nüvə xarakterli olmadığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti