...

Azərbaycandakı françayzinq nöqtələrinin sayı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2025 12:51 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda təqribən 300 françayzinq nöqtələri mövcuddur.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Françayzinq Mərkəzi"nin CEO-su Elnur İslamov Avrasiya Françayzinq Forumunda məlumat verib.

Məlumata əsasən, françayzinq sahəsi üzrə Azərbaycanda ümumi brendlərin sayı 20, illik dövriyyəsi 0,03 milyard ABŞ dolları, ümumi daxili məhsuldakı (ÜDM) payı isə təqribən 0,1% səviyyəsindədir.

Bundan başqa, digər ölkələrə nəzər saldıqda, Türkiyədə 43 mindən çox, Qazaxıstanda təqribən 4 min, Özbəkistanda isə təxminən 2,5 min françayzinq nöqtələri mövcuddur.

Ümumi brendlərim sayı isə Türkiyədə təqribən 1,3 min, Qazaxıstanda 150, Özbəkistanda 120 vahiddir.

Xəbər lenti

Xəbər lenti