...

TIR sistemi Türkiyə və GCC ölkələri arasında yükdaşımalarını sürətləndirir - IRU

İqtisadiyyat Materials 30 Oktyabr 2025 12:27 (UTC +04:00)
TIR sistemi Türkiyə və GCC ölkələri arasında yükdaşımalarını sürətləndirir - IRU
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

TIR sistemi üzrə beynəlxalq avtomobil yükdaşımaları regional ticarəti gücləndirərək, Türkiyə ilə İran körfəzinin ərəb dövlətlərinin əməkdaşlıq şurasına (GCC) üzv ölkələr arasında avtonəqliyyatla daha sürətli və daha təhlükəsiz yükdaşımalarını təmin etmiş olur.

Bu barədə Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) saytında dərc olunan məlumata istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Türk nəqliyyat operatoru “Saritaş Logistics” Səudiyyə Ərəbistanı ərazisindən tranzit keçməklə TIR sistemi üzrə Türkiyədən Birləşmiş Ərəb Əmirliklərinə yükün daşınmasını uğurla tamamlayıb.

“Saritaş Logistics” şirkətinə məxsus 14 yük maşınından ibarət karvan “qapıdan-qapıya” marşrutunu cəmi on günə yerinə yetirib, halbuki dəniz yolu ilə bu müddət 20 - 30 gün çəkərdi.

Bu əməliyyat Türkiyə ilə GCC regionu arasında avtomobil yolları üzrə nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti konkret addım olub.

TIR sistemindən istifadə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldıb, gömrük prosedurlarını sadələşdirib və bütün səyahət boyunca möhürlənmiş yük bölməsinin təhlükəsizliyini təmin edib”, – məlumatda qeyd olunur.

IRU-nun məlumatına görə, “Saritaş Logistics” şirkətinin baş direktoru Ahmet Sari bildirib: “Səudiyyə Ərəbistanı üzərindən həyata keçirilən bu uğurlu əməliyyat regional avtomobil daşımaları üçün mühüm mərhələdir. Bu, TIR sisteminin dəstəyi ilə Türkiyə ilə GCC regionu arasında quru nəqliyyat əlaqələrinin yenidən işlək və yüksək rəqabət qabiliyyətli olduğunu sübut edir”.

IRU-nun İstanbul üzrə baş nümayəndəsi Ərman Ərəkə qeyd edib ki, bu mərhələ TIR tranzit sisteminin Türkiyəni GCC regionu ilə birləşdirən körpü rolunu oynaya biləcəyini, yeni ticarət marşrutlarının açılmasına və təchizat zəncirlərinin dayanıqlığının artırılmasına şərait yaratdığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti