...

Ağdərənin Vəngli kəndinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Oktyabr 2025 13:50 (UTC +04:00)
Ağdərənin Vəngli kəndinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Oktyabrın 30-da Ağdərənin Vəngli kəndinə növbəti qayıdış baş tutub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə qayıdıb.

Qeyd olunub ki, kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.

Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.

13:50

xxx

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 9 ailə - 38 nəfər Vəngli kəndinə köçürülür.

Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti