...

Naxçıvanda divar uçub: bir nəfər dağıntı altında qalıb

Hadisə Materials 30 Oktyabr 2025 16:01 (UTC +04:00)
Naxçıvanda divar uçub: bir nəfər dağıntı altında qalıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti