Bakı. Trend:
Türkiyədə hüquq mühafizə orqanları mərkəzi Sinop olmaqla 6 vilayətdə kibercinayətkar şəbəkəyə qarşı geniş-miqyaslı əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri öz rəsmi “X” hesabında məlumat yayıb.
Əməliyyatın gedişində 32 şübhəli saxlanılıb, onlardan 30u barədə həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Nazirin verdiyi məlumata görə, cinayətkar şəbəkənin hesablarında 524 milyon TL-dən çox vəsait olub, şübhəlilərə məxsus 5 avtomobil və 410 bank hesabına həbs qoyulub. Şübhəlilər, internet saytları vasitəsilə qanunsuz mərc oyunları təşkil etməkdə və qanunsuz pul köçürmələrinə vasitəçilik etməkdə, qanunsuz mərc saytlarında reklam yerləşdirərək qanunsuz gəlir əldə etməkdə, həmin saytlar vasitəsilə istifadəçiləri aldadaraq pul almaqda ittiham olunurlar.
