...

Rusiyada “Meduza” virusunu yaradan haker qrupu həbs olunub

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 12:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Moskva və Həştərxan şəhərlərində “Meduza” adlı kompüter virusunu hazırlamış haker qrupu ifşa olunaraq hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN rəsmisi İrina Volk açıqlama verib.

Onun məlumatına görə, üç gənc İT mütəxəssisi zərərli proqram təminatını hazırlamaq, istifadə etmək və yaymaqda şübhəli bilinir.

Hakerlər “Meduza” proqramını təxminən iki il əvvəl ixtisaslaşmış forumlar vasitəsilə yaymağa başlayıblar. Virus istifadəçi hesab məlumatlarını, kriptovalyuta pulqabıları haqqında məlumatları və digər məxfi məlumatları oğurlamaq məqsədi daşıyırdı. Cari ilin may ayında həmin şəxslər proqram təminatından istifadə edərək Həştərxan vilayətindəki bir müəssisənin məlumatlarına icazəsiz giriş əldə edib və qanunla qorunan xidmət məlumatlarını öz serverlərinə köçürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti