...

Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir - BVF

İqtisadiyyat Materials 30 Oktyabr 2025 12:04 (UTC +04:00)
Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur onlayn brifinqdə Trend-in sualını cavablandırarkən bildirib.

“Kommunikasiyaların gücləndirilməsinə və müxtəlif dəhlizlərin – həm enerji, həm də ticarət - inkişafına yönəlmiş təşəbbüslər Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir və qarşılıqlı əlaqəliliyini artırmaq imkanı yaradır. Bunun üçün bir sıra vacib addımlar atılmalıdır. Ən başlıcası, ticarətin şaxələndirilməsinə və özəl sektorun iqtisadiyyatda iştirakının gücləndirilməsinə töhfə verən islahatların davam etdirilməsidir”, – deyə o bildirib.

Azur əlavə edib ki, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar da düzgün istiqamətdə atılmış addımdır.

“Bundan əlavə, son dövrlərdə geosiyasi vəziyyətdəki müsbət inkişaflar, xüsusilə Orta Dəhlizin potensialının inkişafı baxımından inteqrasiyanın genişləndirilməsi və sürətləndirilməsi üçün əlverişli şərait yaradır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti