...

Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulunda uyğunsuzluq aşkarlanıb

Cəmiyyət Materials 30 Oktyabr 2025 14:54 (UTC +04:00)
Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulunda uyğunsuzluq aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti