Bakı. Trend:
Tel-Əviv, Leven və Amsterdam universitetlərindən olan alimlərdən ibarət beynəlxalq tədqiqat qrupu III populasiya adlandırılan birinci nəsil ulduzların təklikdə deyil cüt sistemlərdə formalaşdırğını müəyyən ediblər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Elmi araşdırmanın nəticələri “The Astrophysical Journal” elmi dərgisində nəşr olunub.
Alimlərin sözlərinə görə, III populyasiya ulduzlarının kütləsi günəş kütləsindən yüzlərlə, hətta minlərlə dəfə artıq ola bilərdi. Belə obyektlər yalnız 100–200 milyon il mövcud olublar, lakin onlar Kainatın görünüşünü dəyişməyə nail olublar: onların mərkəzində ağır elementlər — karbon, oksigen və dəmir sintez olunub, sonradan planetlər və canlı orqanizmlər formalaşıb.
