...

Türkiyədən idxal olunan antep fıstığında da uyğunsuzluq aşkarlanıb

Cəmiyyət Materials 30 Oktyabr 2025 17:18 (UTC +04:00)
Türkiyədən idxal olunan antep fıstığında da uyğunsuzluq aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti