...

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31 milyard manatı ötüb

İqtisadiyyat Materials 30 Oktyabr 2025 15:23 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,042 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 577 milyon manat və ya 1,9%, 2024-cü ilin oktyabrın 1-nə nisbətən isə 2,6 milyard manat və ya 9,3% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,6 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 171 milyon manat və ya 2,3%, illik müqayisədə isə 723 milyon manat və ya 10,5% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 21,686 milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 401 milyon manat və ya 1,9%, ötən illin oktyabrın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manat və ya 9,3% çoxdur.

Bundan başqa, bu ilin oktyabrın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765 milyard manat olub ki, bu da aylıq müqayisədə 6 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat və ya 3,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,9%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,7%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti