...

Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Hadisə Materials 30 Oktyabr 2025 17:59 (UTC +04:00)
Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Şıxəliyeva Tavat Baxşeyiş qızı və 1997-ci il təvəllüdlü Şıxəliyev Dünyamin Salam oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti