Bakı. Trend:
Fransanın "PSJ" klubu itki ilə üzləşib.
Trend xəbər verir ki, Paris təmsilçisinin aparıcı futbolçularından olan Desire Due sıradan çıxıb.
O, "Liqa 1" 10-cu turunun "Loryan"la matçında zədələnib. 20 yaşlı vinger meydandan xərəklə çıxarılıb. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gətiriləcək.
Qeyd edək ki, Desire Due bu mövsüm "PSJ"nin heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.