Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün qaçqınların qəbulu limitini 7.5 min nəfər səviyyəsində müəyyən edib.
Trend "Reuters" agentliyinə istinadən xəbər verir ki, 2025-ci ildə bu göstərici 125 min nəfər təşkil edirdi.
Bildirilir ki, indiki səviyyə ölkənin bütün tarixi ərzində ən aşağı həddir. Kvotanın əsas hissəsi Cənubi Afrikadan olan afrikalılara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyə məruz qalmış digər şəxslərə ayrılacaq.
 
                                    