...

ABŞ-də şatdaun ən azı 34 gün davam edəcək – KİV

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 11:23 (UTC +04:00)
ABŞ-də şatdaun ən azı 34 gün davam edəcək – KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ federal hökumətinin maliyyələşmənin olmaması səbəbindən fəaliyyətinin qismən dayandırılması (şatdaun –red ) ən azı 34 gün davam edəcək və bu, demək olar ki, rekord göstəriciyə yaxındır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“CBS” telekanalının məlumatına görə, ABŞ Konqresinin Senatı oktyabrın 30-da işində fasilə elan edib və böyük ehtimalla yalnız bazar ertəsi yenidən toplanacaq. Bu isə hökumətin fəaliyyətinin dayandırılmasının azı 34 gün uzanacağı deməkdir.

Bu vaxta qədər on üç səsvermə raundunun nəticələrinə görə, Senatda hökumətin maliyyələşdirilməsini təmin etməyə dair müzakirəyə çıxarılan iki qanun layihəsindən heç biri qəbul edilməyib.

Şatdaun oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 07:00) başlayıb. Bu, Konqresdə iqtidarda olan Respublikaçılar və müxalif Demokratlar arasında bir sıra xərclər, o cümlədən səhiyyə sahəsinə aid maddələr üzrə razılığa gələ bilməmələri səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti