Bakı. Trend:
UFC-nin keçmiş çempionu, ən yüngül çəkidə qarışıq əlbəyaxa döyüş sənətləri (MMA) ustası Deyveson Fiqeredo avtomobil qəzasına düşüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Braziliyalı döyüşçü bu haqda məlumatı öz sosial şəbəkə səhifəsində yayıb.
“Bu gün mən avtomobil qəzasına düşmüşəm. Çox güman ki, təqibdən qaçan bir qadın sürücü yüksək sürətlə hərəkət edirdi və anidən yoldan çıxıb mənim avtomobilimin ortasına çırpıldı. Nəticədə mənim olduğu maşın bir neçə dəfə fırlanaraq aşdı”,- deyə Fiqeredo yazıb.
İnsident döyüşçünün yaşadığı Florida ştatında yaşanıb və xoşbəxtlikdən idmançı ağır travmalar almayıb.
 
                                     
                                    