Bakı. Trend:
Almaniyanın Kastrop-Rauksel şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı-red) yanacaq doldurma məntəqələrindən birində partlayış baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.
Partlayışın baş verdiyi əraziyə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları səfərbər olunub. Bundan başqa yaralıların təxliyəsi üçün iki xilasetmə helikopteri göndərilib.
 
                                    