...

"SOCAR Polymer"in ixrac gəlirləri əhəmiyyətli dərəcədə artıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 16:05 (UTC +04:00)
"SOCAR Polymer"in ixrac gəlirləri əhəmiyyətli dərəcədə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında "Socar Polymer"in ixrac gəlirləri 207 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon ABŞ dolları və ya 7,3% çoxdur.

Belə ki, 2024-cü il yanvar-iyul aylarında "Socar Polymer"in ixrac gəlirləri 138,2 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, eləcə də Naxçıvan MR Dövlət Energetika Xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti