...

Bu ilin 9 ayında Azərbaycandan Gürcüstana qeyri-neft məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 17:07 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycandan Gürcüstana qeyri-neft məhsullarının ixracı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 244,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 49,7 milyon ABŞ dolları və ya 25,5 faiz çoxdur.

Belə ki, təkcə sentyabr ayında Azərbaycandan qeyd olunan ölkəyə 28,4 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulları göndərilib ki, bu 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 24,1 faiz və ya 9 milyon ABŞ dolları çoxdur.

Oktyabr buraxılışında o da qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracat həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz artıb və 2,6 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti