...

İstanbul klubu baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 31 Oktyabr 2025 19:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, "Fatih Karagümrük" Marsel Liçka ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində "Fatih Karagümrük"üün baş məşqçisi təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti