...

Media kolonial keçmişin təsəvvürlərini yenidən qiymətləndirməlidir - Aundu Monzia Cedrick

Siyasət Materials 31 Oktyabr 2025 15:17 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Etiraf etmək lazımdır ki, bir çox ölkələrdə media hələ də köhnə düşüncə tərzinin təsiri altındadır. Xatırlatmaq istəyirəm ki, biz dördüncü hakimiyyətik.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Voice of Congo” media portalının baş direktoru Aundu Monzia Cedrick “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, mətbuatın rolu son dərəcə böyükdür:

"Bu dəyirmi masadan sonra biz həqiqi bir təşkilatlanma formalaşdırmağa nail olmalıyıq. Necə deyərlər, "bıçağın iki üzü var" bizdə təsir gücü var və onu məsuliyyətlə istifadə etməliyik".

Cedrick əlavə edib ki, mətbuatın əsas rolu xalqları müzakirələrdə iştirak etməyə, kolonial düşüncələri sorğulamağa və yeni baxışlar formalaşdırmağa təşviq etməkdir.

“Biz kolonial keçmişin dominant təsəvvürlərini sarsıtmalı, Belçika tarixindəki kolonial baxış bucağını yenidən qiymətləndirməli və onun insanların düşüncəsinə təsirini aradan qaldırmağa çalışmalıyıq”, - deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, vətəndaş səfərbərliyi də mühüm əhəmiyyət daşıyır.

“Onlayn media ədalət, irqçilik və dekolonizasiya kimi məsələlər ətrafında vətəndaşların səfərbərliyinə dəstək olmalı, onları ictimai debatlarda daha aktiv və iştirakçı etməlidir”, - Aundu Monzia Cedrick əlavə edib.

Xəbər lenti

Xəbər lenti