Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 122,7 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,6 milyon ABŞ dolları və ya 45,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
 
                                     
                            