Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 878,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 milyon ABŞ dolları və ya 4,2% çoxdur.
Təkcə sentyabrda isə Azərbaycandan sözügedən ölkəyə 64,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 826,9 milyon ABŞ dolları və ya 29,3% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
 
                                     
                            