...

Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs bu dəfə 27 kq narkotik vasitə ilə saxlanılıb

Cəmiyyət Materials 31 Oktyabr 2025 13:09 (UTC +04:00)
Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs bu dəfə 27 kq narkotik vasitə ilə saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Trend bu barədə DİN-ə istinadən xəbər verir.

Bildirilib ki, tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti