...

Ukrayna Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 17:55 (UTC +04:00)
Ukrayna Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar- sentyabr ayları ərzində Azərbaycandan Ukraynaya 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 67 milyon ABŞ dolları və ya 83,4 faiz çoxdur.

Təkcə sentyabr ayında Azərbaycandan həmin ölkəyə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 7 milyon dollar və ya 1,8 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti