Bakı. Trend:
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən gecə Eçmiədzindəki hərbi hissədə əməliyyat keçirərək, bir neçə nəfəri, o cümlədən yüksək vəzifəli hərbçiləri saxlayıblar.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları hələ də hərbi hissənin ərazisindədirlər və operativ tədbirlər həyata keçirirlər. Basqının səbəbi barədə məlumat verilmir.
 
                                    