Bakı. Trend:
HƏMAS-ın iki israilli əsirin meyitini qaytarmasının ardından İsrail daha 30 fələstinlinin meyitini Qəzzaya təhvil verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, meyit mübadiləsi ABŞ-nin vasitəçilik etdiyi atəşkəs planı əsasında baş tutub.
Razılaşmaya əsasən, İsrail tərəfi HƏMAS-ın qaytardığı hər əsir meyitinə görə 15 fələstinlinin meyitini Qəzzaya təhvil verməyi öhdəsinə götürüb.
Beləliklə, bugünkü mübadilədən sonra Qəzzaya qaytarılan meyitlərin sayı 225-ə çatıb.
 
                                    