Bakı. Trend:
Polşa ölkənin şimal-şərq sərhədlərinə dörd ərazi müdafiə briqadası göndərəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış öz “X” səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaska briqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujska briqadası və 20-ci briqada fəaliyyət göstərəcək.
Müdafiə naziri qeyd edib ki, bu addım NATO-nun şərq cinahını və Polşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbəti mərhələdir.
Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq, keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsindən sonra nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılmasına başlayıb.
 
                                    