...

Almaniyanın avtomobil sənayesində təxminən 200 min iş yeri ixtisar edilə bilər

Dünya xəbərləri Materials 1 Noyabr 2025 00:33 (UTC +04:00)

Bakı. Trend:

"Mercedes-Benz" və "Volkswagen" kimi avtomobil istehsalçılarının zəif rüblük nəticələri səbəbindən Almaniyanın avtomobil sənayesində təxminən 200.000 iş yeri ixtisar edilə bilər.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.

Ekspertlərin fikrincə, Almaniya yeni iş yerlərinin itirilməsi dalğasının astanasındadır. Avtomobil sənayesi üzrə ekspert Ferdinand Dudenxofferin fikrincə, Almaniyanın Mercedes-Benz avtomobil istehsalçısının itkilərinin əsas səbəbi işçilərə təklif olunan çoxsaylı işdənçıxarma paketləridir.

Oxşar vəziyyət avtomobil nəhəngi Volkswagen-də də yaranıb: üçüncü rübdə milyardlarla itkiyə baxmayaraq, onun əsas bölmələri və törəmə brendi "Škoda" sabitlik nümayiş etdirir. Lakin mövcud iqtisadi vəziyyət Almaniyada istehsalı gəlirsiz edir.

Xəbər lenti

Xəbər lenti