...

Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniya səmasını qoruyacaq

Dünya xəbərləri Materials 1 Noyabr 2025 01:43 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniya səmasını qoruyacaq

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Baltik hava məkanını qorumaq üçün gələn payız ilk dəfə Estoniyaya gələcək.

Trend-in məlumatına görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyi bildirib.

"Türkiyə NATO-nun şərq cinahının müdafiəsində, o cümlədən Türkiyə təyyarələrinin gələn payızda gələcəyini gözlədiyimiz Emari Hava Bazasındakı Baltik hava polisi missiyasında fəal iştirak edir", - deyə Türkiyənin xarici işlər naziri Marqus Tsahkna Ankarada türkiyəli həmkarı Hakan Fidan və Türkiyə parlamentinin Xarici İşlər Komitəsinin sədri Fuat Oktay ilə görüşdən sonra bildirib.

M.Tsahkna bildirib ki, Estoniya Aİ-nin genişlənmə siyasətinə sadiq qalır və Estoniyanın Aİ ilə Türkiyə arasında konstruktiv dialoqun inkişafına, o cümlədən gömrük ittifaqının modernləşdirilməsinə dəstəyini bir daha təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti