Bakı. Trend:
NBA-da çıxış edən "Oklahoma" komandasının oyunçusu Şey Qilces-Aleksanderin evi komandanın "Vaşinqton" komandasına qarşı oyunu zamanı qarət edilib.
Trend-in məlumatına görə, bu barədə "News 9" telelviziya kanalı xəbər verib.
Hadisə yerinə bir neçə polis əməkdaşı, ərazini izləyən helikopter və polis kinoloq xidməti cəlb olunub.
Cari mövsümdən əvvəl Şey Qilces-Aleksander "Oklahoma" ilə NBA tarixində rekord illik əmək haqqı ilə (71,25 milyon dollar) yeni müqavilə imzaladı.