...

TAP metan emissiyalarına yüksək nəzarət səviyyəsini qoruyub saxlayır (FOTO)

Energetika Materials 31 Oktyabr 2025 11:47 (UTC +04:00)
TAP metan emissiyalarına yüksək nəzarət səviyyəsini qoruyub saxlayır (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transadriatik Qaz Kəməri (TAP) BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşəbbüsü olan "Oil & Gas Methane Partnership 2.0" (OGMP 2.0) çərçivəsində “Gold Standard Pathway” standartına sadiqliyini təsdiqləyib.

Trend bu barədə "TAP AG" şirkətinə istinadla xəbər verir.

Bu mühüm tanınma TAP-ın fəaliyyətinin bütün mərhələlərində metan emissiyalarının daha dəqiq başa düşülməsi, miqdarının qiymətləndirilməsi və azaldılmasına sadiqliyini əks etdirir. Sertifikatlaşdırma sübut edir ki, "TAP OGMP 2.0" çərçivəsində müəyyən edilmiş ciddi standartlara uyğun şəkildə metan emissiyalarının ölçülməsi və uçotu üzrə ətraflı yol xəritəsi hazırlayıb. Bu standartlar neft-qaz sektorunda şəffaflıq və səmərəlilik baxımından qlobal istinad nöqtəsi hesab olunur.

“Gold Standard Pathway” sertifikatı “Gold Standard Reporting” sertifikatını əldə etmək yolunda əsas mərhələ sayılır. TAP bütün ölçülmələr əsasında emissiya uçotu tələblərini tam şəkildə yerinə yetirdikdən sonra bu sertifikatı 2026-cı ildə almağı planlaşdırır.

“Tanınma TAP-ın ekoloji məsuliyyətə və davamlı inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir”, - deyə TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib.

O qeyd edib ki, dəqiq ölçmələr və şəffaf hesabatlılıq emissiyaların azaldılması və uzunmüddətli karbonsuzlaşdırma məqsədlərimizə nail olmaq üçün həlledici önəm daşıyır”.

TAP 2023-cü ildə OGMP 2.0 təşəbbüsünə qoşulmaqla metan emissiyalarının azaldılmasına töhfə vermək istiqamətində öhdəliyini bir daha təsdiqləyib. 24 oktyabr – İqlim Fəaliyyəti üzrə Ümumdünya Günü münasibətilə TAP-ın OGMP 2.0 çərçivəsində əldə etdiyi davamlı irəliləyiş onun iqlim təşəbbüslərinin təşviqində mühüm rolunu vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti