...

Azərbaycanın bank sektorunda yeni çağırışlar müzakirə olunub

İqtisadiyyat Materials 31 Oktyabr 2025 15:52 (UTC +04:00)
Azərbaycanın bank sektorunda yeni çağırışlar müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektorunda müşahidə olunan son meyllər və yeni çağırışlar müzakirə olunub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirib.

Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə bank sektorunun fəaliyyət nəticələri, sektorda müşahidə olunan son meyllər və yeni çağırışlar müzakirə olunub.

Görüşdə həmçinin qarşıdakı dövr üçün bank sektorunda tənzimləmə və nəzarət sahəsində strateji hədəflər barədə məlumatlar təqdim edilib, eləcə də sektorun gündəmində olan digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti